Partiyalar neçə yer qazanıblar? - İLKİN NƏTİCƏLƏR

9 Fevral 2020 20:50 (UTC+04:00)

Bu gün parlament seçkilərinin nəticələri ilə bağlı "exit-poll"un nəticələri mətbuata açıqlanıb. SİA xəbər verir ki, sorğular 1053 seçki dairəsi üzrə aparılıb.

Qeyd olunub ki, hər seçki məntəqəsi üzrə 2 nəfər müşahidə aparıb. Gün ərzində ölkə üzrə 2106 nəfərdən müsahibə alınıb. Nəticələr dərhal Nyu-York şəhərindəki ofisə göndərilib. Sonra nəticələr açıqlanıb.

Partiyalar üzrə konkret nəticələr belədir:

Yeni Azərbaycan Partiyası - 69 yer

Bitərəflər - 41 yer

Vətəndaş Həmrəyliyi Partiyası - 3 yer

Demokrarik İslahatlar Partiyası - 1 yer

Böyük Qurtuluş Partiyası - 1 yer

Bütöv Azərbaycan Partiyası - 1 yer

Ana Vətən Partiyası - 1 yer

Azərbaycan Demokratlar Partiyası -1 yer