“Azərbaycanda seçkilər azad şəkildə keçirilir”

9 Fevral 2020 19:08 (UTC+04:00)

“Bu saata qədər seçkilərdə heç bir problem aşkarlamamışıq”. Bunu SİA-nın şimal bürosuna açıqlamasında Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha bildirib.

“Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur”.