Mərkəzi Seçki Komissiyasına təşəkkürümü bildirirəm. Ona görə ki, seçki prosesinə çox yaxşı kadrlarla və yüksək əyarla hazırlıq görülmüşdü. SİA xəbər verir ki, bu sözləri, MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçisi Kazbek Taysayev deyib.
O bildirib ki, biz bu gün bir çox məntəqədə olduq və onu müşahidə etdik ki, seçicilərə seçkilərdə iştirak etmək üçün bütün imkanlar yaradılmışdı: "Seçki prosesi peşəkarcasına hazırlanmışdı. Hər hansı bir xüsusi qanun pozuntusuna rast gəlmədik. Mən əminəm ki, bu gün Azəbaycanda növbədənkənar seçkilər uğurla həyata keçəcək".