Mən bura Rusiya Federasiyasından müşahidəçi qismində iştirak etməyə gəlmişəm hansı ki, Azərbaycanın yaxın qonşusu və regional dostluq əlaqələrinin olduğu bir dövlətdir. Bu gün ərzində onlarla seçki məntəqəsində iştirak etmişəm. Ümumi təəssüratım isə seçkilərin təşkilatçılığa uyğun bir şəkildə həyata keçdiyindən ibarətdir.
SİA xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, MDB Parlament Assambleyasının müşahidəçi üzvü Aleksandr Başkin deyib.
O bildirib ki, Azərbaycan Respublikası seçkilərə böyük məsuliyyət və beynəlxalq standartlara uyğun şəkildə hazırlaşıb: "Eyni zamanda informasiya və texnologiya cəhətdən. Seçki məntəqələri rahat məkanlarda, seçki üçün kabinlər isə gizli səsverməyə uyğun biçimdə təşkil olunub. Bu çox vacibdir".
Aleksandr başkin bildirib ki, bu onun Azərbaycanda müşahidəçi qismində ilk iştirakı deyil: "Bundan əvvəl də Azərbaycanda müşahidəçi qismində iştirak etmişəm. Onu deyə bilərəm ki, bu dəfə seçkinin ilk saatlarda müəyyən qədər seçici azlığı müşahidə olunurdu. Lakin mən bunu hava şəraitinin pis olması ilə əlaqələndirmək istəyirəm. Bu gün külək insanları biraz dayanmağa vadar etdi. Hava müəyyən qədər mülayimləşdikdən sonra isə seçici fəallığı özünü göstərdi.
Seçki prosesində müşahidəçilərlə də görüşdük. Burada həm namizədlərin müşahidəçiləri, həm də xarici müşahidəçilər var idi. Onlarların fikirlərini öyrəndik. Hər şeydən əvvəl heç bir qanun pozuntusuna rast gəlməyiblər. Mən də bir müşahidəçi kimi belə bir hal ilə qarşılaşmadım".