ATƏT müşahidəçisi: "Seçkidə neqativ hal qeydə alınmayıb"

9 Fevral 2020 16:49 (UTC+04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər. ATƏT DTİHB müşahidəçisi Halogh Nora Beyləqanda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində seçki prosesində neqativ halın qeydə alınmadığını bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.

Qurumun digər müşahidəçisi Pavel Kuznetsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.