Seçki prosesi normal gedir. Bunu SİA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, təbii ki, bu və ya digər xoşagəlməz halların olmasından sığortalanmaq olmaz: "Bütün neqativ hallar barəsində jurnalistlər, müşahidəçilər bizə məlumat versinlər ki, biz neqativ hallarla bağlı ölçü götürək".
MSK sədri vurğulayıb ki, müşahidəçilərlə mütəmadi danışıram və hazırki seçki prosesi hətta əvvəlki seçkilərdən də yüksək səviyyədə keçirilir. "Hiss olunur ki, atılan addımlar öz nəticəsini verib. Amma yenə də bildirmək istəyirəm ki, yerlərdə hər hansı neqativ hallarla qarşılaşsanız bunu MSK-ya bildirin. Lazımi tədbirlər görülərək ciddi ölçülər götürüləcək".