Məntəqələrdə seçici fəallığı göz qabağındadır

9 Fevral 2020 15:39 (UTC+04:00)

Milli Məclisə seçkilərlə əlaqədar olaraq məntəqədə səsvermə prossesi ilə tanış olduq. Seçki prossesləri barədə məlumat verən, Mərkəzi Seçki Komissiyası 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı Seçki məntəqəsinin sədri Zeynalova Jalə seçki prossesinin yüksək səviyyədə keçdiyini söyləyib.

Məntəqə sədri yerli və beynəlxalq müşahidəçilər tərəfindən seçkilərin maraqla izləndiyini qeyd edib. O bildirib ki, İsveçrə, Danimarka, Rusiya, Belarusiya, Gürgüstandan və Türkiyədən beynəlxaq müşahidəçilər gəlib və seçkilərlə yaxından maraqlanıblar.

Seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verən sədr günün səhər saatlarında 10:00 radələrində 150 seçicinin səs verdiyini, saat 12:00 radələrində isə bu rəqəmin 389 nəfərə çatdığını, günün digər saatlarında da səsverənlər barədə məlumat veriləcəyini qeyd edib.