Beynəlxalq müşahidəçi: "Seçkidə insanlar azaddırlar, sərbəstdirlər" EKSKLÜZİV-VİDEO

9 Fevral 2020 15:03 (UTC+04:00)

Mən beynəlxalq müşahidəçiyəm, Pakistandanam və biz buraya Azərbaycanda seçki prosesini müşahidə etmək üçün göndərilmişik. Bunu SİA-ya müsahibəsində beynəlxalq müşahidəçi, Pakistandan olan nümayəndə Doktor Mahmud Həsən deyib.

Beynəlxalq müşahidəçi qeyd edib ki, layiqli namizədlərin bu seçkidə qələbə qazanacaqlarına biz inanırıq:
“İlk dəfədir ki, mən seçki prosesini müşahidə etmək üçün bura göndərildim və görürəm ki, xalq çox böyük arzu və istəklə, çox aktivliklə seçkiyə gəlir. Bu parlament seçkiləri olduğundan xalq daha çox fəaldır, savadlıdır, enerjilidir və öz nümayəndəsini seçməyə can atır. Baxmayaraq ki, çöldə hava şəraiti çox pisdir, qar yağır amma insanlar çox böyük aktivliklə gəlib parlament seçkilərində iştirak edirlər. Sizin ölkənizin Prezidenti Cənab İlham Əliyevin də vurğuladığı kimi bizim indi daha çox cavan nəslə, yeni fikirli cavan nəslə daha çox ehtiyacımız olduğu üçün biz də indi hiss edirik ki, insanlar daha çox cavanları bu parlament seçkilərində görmək istəyirlər və onlara səs verirlər. Bu aktivliyi biz hiss edirik. Bu parlament seçkilərində biz görürük ki, insanlar çox azaddırlar, sərbəstdirlər, özləri gəlib seçkilərdə sərbəst şəkildə iştirak edirlər və qeyd etmək istəyirəm ki, bu seçki sizin hörmətli Prezidentinizin qələbəsidir və biz inanırıq ki, layiqli namizədlər bu seçkidə qələbə qazanacaqlar. Mən inanıram ki, bütün bu proses Azərbaycanın gələcəkdə daha demokratik bir ölkə olması üçün, daha da müasirləşməsi üçün yeni seçilmiş parlamentin çox böyük tövhəsi olacaq”.