Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 10 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.