Elşad Süleymanov 26a ünvanında, 24 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçicilərin məntəqəyə axını həddindən artıq çoxdur. SİA xəbər verir ki, bunu seçki məntəqəsinin sədri Laləzar Məmmədova bizə verdiyi müsahibəsində deyib.
Məntəqənin sədri Laləzar Məmmədova seçici fəallığını vurğulayaraq bildirib ki, heç bir qanun pozuntusuna yol verilməyib: “Hazırda bizim məntəqədə siyahı üzrə 1355 seçicimiz var. Məntəqədə seçici aktivliyi həddindən artıq çoxdur və hardasa saat 11 radələrinə demək olar ki, 100 nəfərdən də artıq seçici iştirak edib. Təbii ki, xəstələrin də səs vermək hüququ bar və onların da səsvermə hüququtəmin olunur. Müşahidəçilərimiz də ki, istənilən partiyanın üzvlərindən var. Hətta öz təşəbbüsü ilə gələnlər də var. Heç bir qanun pozuntusuna yol verilməyib və verilməyəcək də”.
Hal-hazırda məntəqədə seçki uğurla və öz axarı ilə davam edir.