Seçicilərin məntəqəyə axını çox yüksəkdir

9 Fevral 2020 13:58 (UTC+04:00)

Elşad Süleymanov 26a ünvanında, 24 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində seçicilərin məntəqəyə axını çox yüksəkdir. SİA xəbər verir ki, məntəqədə seçiçi fəallığı nəzərəçarpacaq dərəcədədir və seçicilər, eləcə də müşahidəçilər üşün əlverişli şərait yaradılıb, seçki prosesi şəffaf şəkildə keçirilir və müşahidəçilər də bu seçkilərin demokratik, qanunauyğun şəkildə olan gedişindən tam razıdırlar.

Məntəqənin sədri seçici fəallığını vurğulayaraq bildirib ki, seçicilərin məntəqəyə axını seçkiyə olan marağı, həmçinin bu seçkinin demokratikliyinə olan inamı təsdiq edir.

“Məntəqədə aktivlik müşahidə olunur, seçki fəallığı var. Hər şey öz qaydasənda gedir, hər bir proses şəffafdır. Müşahidəçilər də bu seçki prosesini müşahidə edirlər və heç bir problem qeydə alınmayıb. Əksinə, seçicilərin məntəqəyə olan axını təsdiq edir ki, seçkiyə maraq və seçkinin semokratikliyinə inam hər bir seçicidə var. Ümid edirəm ki, bundan sonra da hər şey öz qaydasında olacaq”, deyə məntəqə sədri qeyd edib.

Hal-hazırda məntəqədə seçki uğurla və öz axarı ilə və uğurla davam edir.