Britaniyalı müşahidəçi: "Azərbaycan hökumətini təbrik edirəm" -VİDEO-FOTO

9 Fevral 2020 13:39 (UTC+04:00)

29 saylı Səbail Seçki Dairənin 3 saylı Məntəqəsi saat 7-də açılıb, müşahidəçilərin iştirakı və nəzarəti ilə qutular yoxlanılıb, boşluğuna əmin olunub və kilidlərin nömrələri yazılıb. Həmçinin müşahidəçilərin iştirakı ilə kilidlər bağlanlıb. SİA xəbər verir ki, məntəqəsinin Komissiya Sədri Nadir Babayev saat 8-də seçki prosesinə start verildiyini və 1252 nəfər seçicilərinin olduğunu bildirib. Eyni zamanda 64 həm yerli, həm də xarici müşahidəçi seçki prosesini izləyib.

Məntəqədə müşahidəçi qismindən iştirak edən Böyük Britaniyadan olan müşahidəçi seçkilərlə bağlı təəssuratını bölüşüb: "Gördüyünüz kimi xarici müşahidəçiyəm. Londondan gəlmişəm. Azərbaycanda Parlament Seçkilərini xarici müşahidəçi qismində izləyirəm. Bildirmək istəyirəm ki, seçki prosesində qeydiyyata götürmə mükəmməl və çox şəffaf şəkildə aparılır. Seçki prosesi çox yaxşı şəkildə təşkil olunub. Otaqlar böyükdür. Seçki təşkilatçılığı yüksək səviyyədədir.

Lakin xüsusilə bunu qeyd etmək istəyərdim ki, seçki prosesində iştirak edən müşahidəçilərin əksəriyyəti qadındır. Mən bunu çox müsbət bir hal kimi qarşılayıram. Mən Azərbaycan hökumətini təbrik edirəm. Çox yaxşı təşkil olunmuş seçki prosesi ilə əlaqədar".