"Məntəqə üzrə 927 seçici mövcuddur. Səsvermə prosesində 16 müşahidəçi iştirak edib. Hazırda 4 xarici müşahidəçi seçki prosesini izləyir. Müşahidəçilər də qanun pozuntusuna rast gəlmədiklərini vurğulayıblar. Hər bir namizədin müşahidəçisi də prosesi izləyir". SİA xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 12 saylı məntəqəsinin sədri deyib.
Eyni dairənin 19 saylı məntəqəsinin sədri Orxan Musayev sakinlərin gəlişinin səhər saatlarında az olduğunu, bunun da hava şəraiti ilə əlaqədar olduğunu qeyd edib: "Lakin son saatlarda seçicilər fəallaşıblar. Məntəqədə 15-ə yaxın müşahidəçı olub. Onlar arasında xarici müşahidəçilər də seçki prosesini izləyib. Həmçinin kütləvi informasiya vasitələrinin də mütəmadi olaraq məntəqəyə gəldikləri qeyd olunub".