Ağa Nemətulla 184 ünvanında yerləşən, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səhər saatlarından başlayaraq seçici aktivliyi müşahidə olunur. SİA xəbər verir ki, havanın əlverişli olmamasına, qar yağmasına və soyuq hava şəraitinə rağmən seçicilərin məntəqələrə axını intensivdir.
Sözügedən məntəqədə müşühidəçilər üçün müvafiq şərait yaradılıb və müşahidəçilər seçkinin gedişini rahatlıqla izləyirlər. Məntəqədə seçkini izləyən edən müşahidəçilər seçkinin tap şəffaf şəkildə keçirildiyini qeyd edir, heç bir qanun pozuntusuna rast gəlmədiklərini təsdiq edirlər. Müşahidəçilər seçicilərin iştirakına də toxunaraq bildirirlər ki, seçici aktivliyi yüksək səviyyədədir.
Məntəqənin sədri Nəcibə Axundova SİA-ya müsahibəsində məntəqədə seçici aktivliyindən danışdı və seçkinin şəffaf şəkildə keçirildiyini vurğulayaraq, heç bir qanun pozuntusunun baş vermədiyini söylədi.
“Bu gün tezdən, saat 07:50-dən etibarən seçki məntəqəmiz açıq elan etmişik və saat 8:00-dan seçki proseduruna başlanılıb. Seçki aktivliyi hiss olunur. Baxmayaraq ki, səhər saatlarıdır, göründüyü kimi seçicilərimiz gəlib məmnuniyyətlə iştirak edirlər. Hal-hazırda heç bir nöqsan yoxdur. Hamı gəlib şəxsiyyət vəsiqələrini təqdim etdikdən, seçici bildirişlərini təqdim etdikdən sonra, müvafiq prosedur qaydaları keçdikdən sonra onlara büllütün verilir və onlar istədikləri namizədlərinə qarşı olan öz iradələrini işarələri ilə bildirib seçki büllütünlərini atırlar”, deyə məntəqə sədri bildirdi.
Hal-hazırda məntəqədə seçki öz axarı ilə davam edir.