Xarici müşahidəçi: "Seçkilər şəffaf keçir" -VİDEO-FOTOLAR

9 Fevral 2020 12:36 (UTC+04:00)

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı Seçki Məntəqəsinin sədri Vurğun Məmmədov bildirib ki, seçkilər normal şəkildə başlayıb və 33 müşahidəçi qeydə alınıb. SİA xəbər verir ki, komissiya sədri seçki prosesində həm yerli, həm də xarici müşahidəçilərin olduğunu bildirib.

O vurğulayıb ki, seçkiyə start verilən andan heç bir qanun pozuntusuna rast gəlinməyib.

Məntəqədə İspaniyadan olan müşahidəçi seçki prosesi ilə əlaqədar öz fikirlərini səsləndirib. O qeyd edib ki, seçki prosesi tam düzgün və şəffaf şəkildə keçir və heç bir qanun pozuntusuna rast gəlməyib.

O əlavə edib ki, hələlik günün birinci yarısı olduğundan seçicilərin sayında müəyyən qədər azlıq müşahidə olunsa da, yəqin ki, irəliləyən saatlarda seçicilərin müraciətləri çoxalacaq.