23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı məntəqəsində seçki prosesinə start verilib. SİA xəbər verir ki, məntəqə üzrə 1216 seçici mövcuddur.
Seçki məntəqəsinin sədri Həsənova Könül seçki prosesinin gedişatı haqda qısa məlumat verib.
O bildirib ki, hazırki saatlara qədər seçki prosesi seçicilərin aktivliyi ilə keçir. Son saatlara qədər 90-a yaxın seçici öz səsindən istifadə edib: "1216 seçicimiz var, lakin alınan büllitendə isə 1155-dir. Düşünürük ki, Parlament Seçkilərini uğurla başa vuracağıq".
Məntəqə sədrinin verdiyi məlumata görə, müşahidəçilər də seçki prosesində aktiv iştirak edir.