DİN-in Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib

8 Fevral 2020 19:46 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib.

SİA DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 8-də nazirliyin Əlahiddə Çevik Polis Alayında müasir və rahat, həmçinin daha keyfiyyətli materialdan olan yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.