Rusiya nümayəndə heyəti İdliblə bağlı Ankaraya səfər edib.
SİA Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Rusiyadan gələn heyət türkiyəli diplomatlarla görüşəcək, Suriya mövzusunda Soçi razılaşması, xüsusilə də İdlib ərazisilə bağlı müzakirələr aparacaqlar.
Qeyd edək ki, fevralın 3-də Əsəd ordusunun Soçi müqaviləsinin şərtlərini pozaraq, Türkiyə Silahlı Qüvvələrinin İdlibdə olan müşahidə nöqtələrinə toplardan açdığı atəş nəticəsində Türkiyə odusunun 8 hərbçisi şəhid olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək.
Türkiyəli və rusiyalı diplomatların birgə müzakirələrindən sonra Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə əlaqədar yenidən görüşəcəyi gözlənilir.