Deputatlığa namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlardır. Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlərdən 1057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.