Seçicilərin sayı açıqlanıb -AÇIQLAMA

8 Fevral 2020 15:34 (UTC+04:00)

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Qeyd edək ki, Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək.