Parlament seçkilərini izləyəcək müşahidəçilərin sayı məlum olub

8 Fevral 2020 15:25 (UTC+04:00)

Parlament seçkilərini izləyəcək müşahidəçilərin sayı məlum olub Milli Məclisə seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. M.Pənahov bildirib ki, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. MSK sədri vurğulayıb ki, onlar 58 ölkə vətəndaşlarıdır. Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.