Azərbaycanda məcburi köçkün seçicilərin sayı məlum olub - AÇIQLAMA

8 Fevral 2020 15:22 (UTC+04:00)

Azərbaycanda məcburi köçkün seçicilərin sayı məlum olub. SİA xəbər verir ki, bu rəqəmi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

O deyib ki, sabahkı seçkilərdə 573 məntəqədə 340 min 689 məcburi köçkün səs verəcək.