Seçkilər 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək - AÇIQLAMA

8 Fevral 2020 15:18 (UTC+04:00)

Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, sabah - fevralın 9-da Azərbaycanda parlament seçkiləridir: "Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq".