Astaralılar Rəşad Mahmudovu yekdilliklə dəstəkləyir - VİDEO

7 Fevral 2020 17:13 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə keçirilən seçkilərdə namizədliyi 77 saylı Astara seçki dairəsindən namizədliyi irəli sürülmüş tanınmış kardioloq Rəşad Mahmudovun təbliğat kampaniyası çərçivəsində son görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, möhtəşəmliyi ilə seçilən tədbirdə YAP-ın namizədi bir daha seçicilərini əmin edib ki, millət vəkili seçiləcəyi təqdirdə bu adı şərəflə daşıyacaq, seçiciləri düşündürən bütün problemlərin Milli Məclisin iclaslarında keçirilən müzakirələrində aktiv iştirak edəcək.