Milli Məclisə seçkilərdə Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan şikayətlərin sayı açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, seçki prosesi başlayandan indiyə qədər MSK-ya 47 şikayət daxil olub.