Seçkilərdə səlahiyyətli nümayəndələrin və vəkillərin sayı açıqlanıb

7 Fevral 2020 17:02 (UTC+04:00)

Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin və vəkillərin sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, Milli Məclis seçkilərdə 1129 səlahiyyətli nümayəndə qeydə alınıb. MSK sədri bildirib ki, seçkilərdə 7603 məşvərətçi səs hüquqlu komissiya üzvü və 2085 vəkil var.