"iPhone" müştəriləri belə aldadır! 25 milyon avro cərimə

7 Fevral 2020 17:00 (UTC+04:00)

"iPhone" köhnə modellərin prosessorlarını qəsdən yavaşlatan proqram yeniləmələri barədə istifadəçiləri xəbərdar etmədiyinə görə 25 milyon avro cərimə ödəyib. SİA xəbər verir ki, bu istintaq 3 ildir ki, Fransada Rəqabət, İstehlakçı Münasibətləri və Fırıldaqçılığın Qarşısının Alınması üzrə Baş İdarə tərəfindən aparılıb.

Belə ki, Fransadakı Baş İdarə "iPhone"nun "iOS" yeniləmələrinin (10.2.1 və 11.2 güncəlləmələri) telefonun prosessorunu qəsdən yavaşlatdığını sübuta yetirib. Lakin bu yeniləmələr zamanı prosessorun yavaşlayacağını "iPhone" müştərilərini bildirməyib. Buna görə də, 3 il davam edən istintaq nəticəsində şirkət cərimə olunub.

Qeyd edək ki, ekspertlərin fikrincəbu bir növ yeni "iPhone" almaq üçün istehlakçıda səbəb yaratdığına görə belə bir yola əl atılıb.