“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanmasa, maliyyə problemləri ilə üzləşə bilər.
SİA-nın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, sponsorlar komandanın avrokuboklarda uğursuz çıxışından narazıdır, müntəzəm olaraq ÇL-dən kənarda qalmaq onların planlarına ciddi şəkildə mənfi təsir göstərir. Nəticədə şirkətlər kluba maliyyə vəsaiti ayırmaq istəmir.
Bir fakta diqqət yeriək: mançesterlilər mövsümü ÇL zonasında bitirə bilməsə, “Adidas” kluba ödəyəcəyi məbləği 20 milyon avro azaldacaq. Digər şirkətlərin də əməkdaşlığı dayandıra biləcəyi barədə ehtimallar var.