Bankların cəmi aktivləri 32 milyon manat təşkil edir Mərkəzi Bank

7 Fevral 2020 13:29 (UTC+04:00)

2019-cu ilin 31 dekabr tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 32 722,8 mln. manat, cəmi öhdəlikləri isə 28 139,8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 583 mln. manat olub. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi aktivlər 10,9%, cəmi öhdəliklər 10,6%, balans kapitalı isə 12,5% artıb. Kredit portfeli 18% artaraq 14 900,9 mln. manata çatıb.

Bundan əlavə, hesabat dövründə Azərbaycanda bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artaraq 536,9 mln. manat təşkil edib.