Britaniya səfiri yenidən Tehrana qayıdıb

7 Fevral 2020 10:28 (UTC+04:00)

Ötən ay Tehranda küçə eirazlarında kameralara düşən və İranı tərk edən Britaniyanın səfiri Robert Makeyr yenidən Tehrana qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə səfir Robert Makeyr öz instaqram səhifəsində məlumat verib.

Britaniyanın səfiri Robert Makeyr bildirib ki, öncədən planlaşdırılan proqrama görə Britaniyaya qayıdıb və iki ölkə əlaqələri haqda baş nazir və digər rəsmilərlə görüşlər keçirib. O bildirib ki, ölkəsi nüvə sazişinin müddəalarını yerinə yetirmək və hər iki tərəfin maraq dairəsində olan addımların atılmasına əhəmiyyətlə yanaşır. Səfir həmçinin əlavə edib ki, Britaniyanın Avropa İttifaqından çıxması nüvə sazişilə bağlı mövqeyini dəyişməyəcək.

Qeyd edək ki, səfir Robert Makeyr ötən ay İranda küçə etirazlarında kameralara düşmüş, bir neçə saatlıq İran polisi tərəfindən saxlanılmış və Tehranda XİN-ə çağrılmışdı. Səfir bundan sonra Tehranı tərk etmişdi.