Tovuzda 8 yaşlı piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
7 Fevral 2020 06:40 (UTC+04:00)
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
2012-ci il təvəllüdlü İbrahimova Nazpəri Amil qızı yolu keçmək istəyən zaman onu maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.