Bakı şəhər sakini L.Bağmanovaya zor tətbiq edərək çantasını almaqda şübhəli bilinən C.Ağayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Bağmanova yanvarın 28-də rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək içərisində pul, 2 ədəd mobil telefon, açarlar, sənəd və bank kartları olan çantasını aldığını bildirilib.
Xətai RPİ 36-cı PB və 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev müəyyən edilərək saxlanılıb.