Anatoli Fyodorov: "Azərbaycanda məntəqələr parlament seçkilərinə tam hazırdır"

6 Fevral 2020 15:40 (UTC+04:00)

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı təəssüratlarım müsbətdir. SİA xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Anatoli Fyodorov deyib.

"Biz parlament seçkilərinə hazırlıq işlərini müşahidə edirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər yüksək səviyyədə təşkil olunub. Hər yerdə vəziyyət normaldır, hər hansı iradımız yoxdur. Məntəqələrdə treninqlər keçirildiyi üçün hazırlıqlar da yüksək səviyyədədir. Məntəqələrdə müşahidəçilər üçün yerlər də düzgün seçilib. Bir sözlə, məntəqələr seçkilərə tam hazırdır”, - deyə missiya üzvü vurğulayıb.