Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

6 Fevral 2020 14:30 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub. SİA-nın Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ETSN-nin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində QAZEL” markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 m3 həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.