Seçicilər YAP-ın namizədinə səs verəcəklərini bildiriblər FOTOLAR

6 Fevral 2020 14:29 (UTC+04:00)

9 fevralda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədi Oqtay Əsədovun vəkillərinin seçicilərlə görüşləri davam edir. SİA-ya daxil olan məlumata görə, növbəti görüş Abşeron rayonu, Masazır kəndində keçirilib.

Deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri ölkə prezidenti cənab İlham Əliyevin Abşeron rayonuna olan diqqət və qayğısından, rayonun mövcud problemlərindən danışıb, o cümlədən, seçicilərin problemləri ilə maraqlanıblar. Görüşdə çıxış edən seçicilər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Masazır kəndinə içməli su xəttinin çəkilməsi, kəndin yol infrastrukturunun yenilənməsi, müharibə əlillərinə və şəhid ailələrininə göstərilən qayğıdan söz açdılar. Onlar 9 fevralda fəal olacaqlarını və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verəcəklərini bildiriblər.