Deputatlığa namizəd Arzu Nağıyev Tovuzun bir sıra kəndlərinin sakinləri ilə görüşüb

6 Fevral 2020 13:23 (UTC+04:00)

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyevin görüşləri davam edir. SİA-nın məlumatına əsasən, Arzu Nağıyev Tovuzun Yanıqlı, Alakol və Köhnəqala kəndlərində sakinlərlə görüşüb.

Deputatlığa namizəd seçiciləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.