Sevinc Fətəliyevanın seçicilərlə növbəti görüşü keçirilib

6 Fevral 2020 11:53 (UTC+04:00)

30 saylı Suraxanı birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyevanın seçicilərlə fərdi evlərdə görüşü keçirilib.

Görüş əsnasında S.Fətəliyeva ailələrin məişət problemlərini dinləyib, problemlərin qısa zamanda həlli üçün aidiyyati qurumlara məlumat verəcəyini bildirib. Seçicilər Sevinc Fətəliyevanın Milli Məclisin deputatı olduğu illərdəki fəaliyyətini müsbət dəyərləndirdiklərini, onu yenidən millət vəkili olaraq görmək istədiklərini söyləyiblər.

Gün ərzində silsilə görüşlərin yekunu olaraq İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Karate üzrə Master Caup Beynəlxalq Turnirində qalibiyyət əldə etmiş Hövsan Olimpiya İdman Kompleksinin idmançıları və onların valideynlərinin iştirakı ilə görüş keçirilib.

Sevinc Fətəliyeva Azərbaycan Bayrağını zirvələrdə dalğalandırmış idmançıları və onların məşqçilərini qalibiyyət münasibəti ilə təbrik edib, növbəti yarışlarda da uğurlar arzulayıb.

İdmançılardan Ələkbər Zeynallı, Umud Nurməmmədli, Elton Əliyev, Həsən Əhmədov, Cansu Əhmədzadə, Aysun Bodurova, Şükufə Nurməmmədli, Uğur Vəlizadə, Ayxan Osmanov, Əli Hacıyev, Natiq Cəfərov, Vildan Hüseynova, Amil Xəlilov, Aysun Bodurova və Əli Hacıyevə hər zaman zirvələri fəth etmələrini arzulayıb.

Görüşdə iştirak edən valideynlər də öz növbələrində Sevinc xanıma təşkil etdiyi görüş üçün minnətdarlıq bildirib, bu görüşün uşaqlarda böyük motivasiya yaradacığını söyləyiblər. Onlar 9 ferval tarixində keçiriləcək parlament seçkilərində seçimlərinin Sevinc Fətəliyeva olacağını qeyd ediblər.

Zümrüd BAYRAMOVA