Mərkəzi Gömrük Hospitalının endokrinoloqu təkmilləşdirmə kursunda iştirak edib

6 Fevral 2020 10:05 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova 13 yanvar - 1 fevral 2020-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində endokrinologiya sahəsi üzrə təkmilləşdirmə kursunda iştirak edib.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti"nin qabaqcıl müəllimlərinin rəhbərliyi altında Dr. Naidə Novruzova endokrinologiya sahəsində qadınlarda tez-tez rast gəlinən qinekoloji xəstəliklərin endokrin aspektlərini öyrənib. Keçirilən nəzəri və praktiki kursda mühazirələr dinlənilmiş, ən aktual problemlərdən olan sonsuzluq, sona çatdırılmayan hamiləliklər, piylənmə, tüklənmə və buna gətirib çıxaran endokrin pozğunluqların son dünya protokollarına müvafiq olaraq aparılan diaqnostikası və metodları araşdırılıb. Kursun sonunda alınan biliklərin nəzəri və praktiki olaraq dəyərləndirilməsi aparılıb və müsbət nəticə əldə edən həkimlərə sertifikatlar təqdim olunmuşdur.

Sevindirici haldır ki, Hospitalımızın həkimi Naidə Novruzova təkmilləşdirmə kursunu bitirdikdən sonra ona "Ginekoloji endokrinologiya" əlavə peşə təhsili proqramı üzrə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti"nin dövlət büdcə təhsil idarəsində aldığı təhsilə görə ixtisasın artırılması haqqında sertifikat verilib.

Dr.Naidə Novruzovanın təkmilləşdirmə kursunda iştirak etməsinin məqsədi sonsuzluq, sona çatdırılmayan hamiləliklər, piylənmə, endokrin pozğunluqların diaqnostikasını və müalicə metodlarını öyrənmək və Hospitalda xəstələrin müalicəsində tətbiq etməkdir.