Rövzət Qasımov: "Veb-kameralar hazır vəziyyətə gətirilib"

5 Fevral 2020 19:03 (UTC+04:00)

Veb-kameraların yoxlanılaraq hazır vəziyyətə gətirilməsi prosesi başa çatdırılıb. SİA Secki-2020.az saytına istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın fevralın 5-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı texniki və digər işlər görülüb. “Azərbaycanda 119 seçki dairəsi üzrə məntəqələrin təxminən 20 faizində, yəni, 1000 məntəqədə veb-kamera quraşdırılıb”, - deyə sədr müavini əlavə edib.

İclasda veb-kamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul olunub.