76 saylı Lənkəran-Astara Seçki Dairəsindən deputatlığa namizəd Ziyafət Əsgərov Astara rayon Təngərüd kəndində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən YAP-nın namizədi Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcək: "Bu gün Azərbaycanda mühüm islahatlar aparılır. Bu islahatlar bütün vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir. Bu işdə Prezidentimizin ən yaxın dəstəkçisi məhz Yeni Azərbaycan Partiyasıdır. Mən əminəm ki, seçicilərimiz düzgün seçim edəcək və YAP-ın namizədlərinə səs verəcəklər".
R.HÜSEYNOVA