"Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb". SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədrinin müavini qeyd edib ki, veb-kameraların yoxlanılması, hazır vəziyyətə gətirilməsi başa çatdırılıb: "Bununla bağlı texniki və digər işlər görülüb". O bildirib ki, 119 seçki dairəsi üzrə 1000 veb-kamera quraşdırılıb. İclasda veb-kamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.