Mühacirləri daşıyan avtobus aşdı: ölü və yaralılar var

5 Fevral 2020 11:53 (UTC+04:00)

Amerikaya mühacirləri daşıyan yük maşınının Meksikada dərəyə yuvarlanması nəticəsində 1 nəfər ölüb, 81 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mülki Müdafiə Birliyi hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Mühacirlər əsasən Qvatemala, Honduras və El Salvadordan imiş.

Qeyd edək ki, yaralılar San Andres və Santiaqo şəhərlərindəki xəstəxanalarda müalicə edilir.