Qədim yunanlıların qızıl nisbətinə əsasən ingilis aktyor Robert Pattinson dünyanın ən yaraşıqlı kişisi seçilib.
Qaş, burun, dodaq, çənə və alın quruluşuna görə qədim yunanlıların standartlarına ən uyğun gələn üz R.Pattinsonun sifət quruluşu seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərədəki estetik klinikaları avstraliyalı aktrisa Marqot Robbini dünyanın ən gözəl qadını seçiblər.
Plastik əməliyyat etdirən qadınlar ən çox Marqot Robbiyə oxşamaq istəyirlər. Bu siyahıda ikinci Ancelina Coli, üçüncü isə Şahzadə Harrinin həyat yoldaşı aktrisa Meqan Markldır.
Mirqəmər Mənsimova