Harrison Ford yenə İndiana Cons rolunda

5 Fevral 2020 10:39 (UTC+04:00)

Amerikalı aktyor Harrison Ford növbəti filmində növbəti dəfə macəra axtaran Indiana Cons rolunu canlandıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, filmin prodüseri və Lucasfilmin prezidenti Ketlin Kennedy, 77 yaşlı aktyorun 9 iyul 2021-ci ildə çəkilişi planlaşdırılan beşinci filmdə iştirakını təsdiqləyib.

Kennedinin sözlərinə görə, yeni film "serialın yenidən başlaması deyil, davamı olacaq".

Arxeoloq Indiana Consun sərgüzəştləri haqqında ilk film 1981-ci ildə kino tarixində ən yüksək baxışı olan filmlərdən biri olub.