İrəvandakı Göy Məscid dağıldı VİDEO

5 Fevral 2020 09:43 (UTC+04:00)

İrəvanda azərbaycanlıların məşhur Göy məscidinın dağıntılarını əks etdirən video yayılıb. SİA xəbər verir ki, erməni mediası İrəvanın Rustaveli küçəsindəki qədim məscidin bir hissəsinin uçduğu barədə məlumat yayıb.

Göy məscidi 1768-ci ildə İrəvan xanı Hüseynəli xan tikdirib.

Qeyd edək ki, ermənilərin Bakıdakı kilsəsi tarixi abidə kimi qorunur.