ABŞ Rusiyanın casus peykindən şübhələndi

5 Fevral 2020 09:34 (UTC+04:00)

ABŞ-da yeni casus qalmaqalı yaşanmaqdadır. SİA RenTV-yə istinadən xəbər verir ki, bu dəfə qalmaqalın mərkəzində Rusiya kosmik peykidir və bu peyk casusluq etməkdə şübhəli bilinib.

İndiana Universitetinin əməkdaşı kosmik peykin qəribə hərəkətlərinə diqqəti cəlb edib. Hər 10 gündən bir cihazın məlumat toplamaq üçün qonşu peykə yaxınlaşması, hətta məsafəni hesablaması maraqla qarşılanıb.

Ancaq digər Qərb mütəxəssisləri bunda qeyri-adi bir şey görmürlər, peyklərin hamısının vahid bir orbitdə hərəkət etdiyini düşünürlər.

Cihazlar isə həqiqətən monitorinqlə məşğul olurlar. Onlar yerdə qəzalar və nasazlıqlar barədə vaxtında məlumat vermək üçün yalnız texniki vəziyyət haqqında məlumatlar toplayırlar.