"Liverpul" İngiltərə kubokunun 1/8 final mərhələsində!

5 Fevral 2020 03:17 (UTC+04:00)

"Liverpul" İngiltərə kubokunda 1/16 final mərhələsinin təkrar oyununa çıxıb.

SİA xəbər verir ki, komanda "Şrusberi Taun"la qarşılaşıb. "Liverpul" gənc futbolçularının meydana çıxdığı matçda 1:0 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Şrusberi Taun" - 1:0
Qol: Uilyams, 75-avotoqol

Xatırladaq ki, komandanın baş məşqçisi Yürgen Klopp əsas heyətin üzvlərinə istirahət verdiyi üçün gənclərə şans verilmişdi. Alman mütəxəssis isə görüşü notbukdan izləyəcəyini bildirmişdi.

Qeyd edək ki, "Liverpul" 1/8 finalda "Çelsi" ilə qarşılaşacaq.