Elm adamları ət və kolbasanın insan sağlamlığına ölümcül təhlükə yaratdığını aşkarlayıblar. SİA RenTv-yə istinadən xəbər verir ki, Şimal-Qərb Universitetinin (Çikaqo) və Cornell Universitetinin (New York) Finberg Tibb Məktəbinin alimləri kolbasa, quş əti və qırmızı ətin həddindən artıq istehlak edilməsinin ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırdığını sübut ediblər.
Elmi iş təxminən 50 yaşlarında 30 mindən çox insanın məlumatlarını əhatə edib. Tədqiqat iştirakçıları bir qidalanma gündəliyi saxlayıblar və sağlamlıqları haqqında məlumatları qeyd ediblər. Müşahidələr təxminən 30 il davam edib.
Eurek Alertin məqaləsinə görə, ürək və damar xəstəliklərinin inkişaf riski həftədə iki porsiya qırmızı və təkrar emal edilmiş ət, həmçinin quş əti istehlakı ilə 3-7% artır. Qeyd olunur ki, həftədə iki porsiya quş əti ölüm riskini 4% artırır.
Elm adamları ət məhsullarının tez-tez istehlakının onkologiyanın inkişafına da səbəb olduğu barədə xəbərdarlıq ediblər. Bununla yanaşı, təhlükəyə ətin özü deyil, hazırlandığı yol səbəb ola biləcəyi barədə də xəbərdarlıq ediblər.
Alimlər lobya, qoz-fındıq və balıqları sağlamlıq üçün faydalı adlandırıblar.