Rusiyanın Çelyabinsk şəhərində yaşayan Vyaçeslav adlı şəxs internetə uşağının satıldığı barədə elan yerləşdirib. Elanda 5 yaşlı qızının şəkillərini də paylaşan ata Rusiya istehsalı olan "Maşa və Ayı" cizgi filmindən ilhamlanaraq qızının adını Maşa kimi təqdim edib.
SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, valideyn azyaşlı qızına 5000 rubl qiymət qoyub. Qızını almaq istəyənləri görüşmək üçün şəhərin mərkəzinə çağıran atanın bu elanı Rusiya polisi tərəfindən nəzarətə götürülüb. Aparılan əməliyyat tədbirləri nəticəsində prokurorluğun da qərarı ilə qızını satışa çıxaran ata tutulub.
Şəhər prokurorluğu atanın insan alverində təqsirli bilinərək mühakimə olunacağını açıqlayıb. Həmçinin elanı veb saytında yayımlayan redaktor da məsuliyyətə cəlb olunub.
Mirqəmər Mənsimova