Bu gün gülüş günüdür☺

1 Aprel 2011 19:40 (UTC+04:00)
Bu gün Gülüş günüdür. SİA-nın verdiyi xəbərə görə, bu günün gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada yeni ilin gəlişi ilə əlaqədar keçirilirdi.
Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır, hansı ki, 17 fevral "Səfehlər bayramı" kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda "Gülüş günü" kimi keçirilir.
Gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür.
Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur.